[b]İspaniya yığması yoldaşlıq oyunu keçirəcək[/b]
07.05.2015 - 21:05
Futbol üzrə İspaniya yığması iyun ayında yoxlama görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, “matadorlar”ın rəqibi Kosta-Rika millisi olacaq.
Görüş iyunun 11-də Leon şəhərində keçiriləcək.
Xatırladaq ki, bu oyundan üç gün sonra ispanlar 2016-cı il Avropa çempionatının seçmə oyunları çərçivəsində Belarusa qonaq olacaq.
0
0