İspaniya klubları Azərbaycan klubları ilə səfər oyunlarına qol vura bilmir. Apasport.az saytının məlumatına görə, 2 il əvvəl təməli qoyulan ənənə bu gün də davam edib.
Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olan “Atletiko” Bakıdan qolsuz bərabərliklə ayrılıb. Madrid klubu ölkəmizə gələn və qələbə qazana bilməyən ilk İspaniya klubu deyil.
“Qarabağ”a qədər “İnter” də bu ölkədən olan klubu həm qola, həm qələbəyə həsrət qoyub. 2015/16 mövsümündə Avropa Liqasında çıxış edən bakılılar “Atletik”lə qolsuz heç-heçə edib.
Bir sözlə, Bakıda baş tutan avrokubokların hər iki Azərbaycan – İspaniya dueli qolsuz başa çatıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu