[b]İsveçrə prokurorluğu FİFA-nın bəzi kompüterlərini müsadirə edib[/b]
10.06.2015 - 22:24
İsveçrənin Baş Prokuroru bildirib ki, FİFA-nın bəzi məmurlarına məxsus kompüterlər müsadirə olunub. Apasport.az saytının məlumatına görə, İsveçrə hüquq-mühafizə orqanları hələlik konkret ad çəkməyiblər.
Ancaq BBC-nin əməkdaşı Riçard Konvey bildirib ki, prokurorluğun məlum reydi qurumun prezidenti Zepp Blatter, vitse-prezident Jerom Valke və maliyyə departamentinin rəisinin kompüterlərinə qarşı edilib.
Müsadirə olunan kompüterlərdə əsas axtarış obyekti DÇ-2018 və DÇ-2022 ilə bağlı sənədlər olacaq.
0
0