[b]İtaliya – Avstriya matçı azərbaycanlı hakimə tapşırıldı[/b]
13.07.2016 - 09:27
[b]İtaliya – Avstriya matçı azərbaycanlı hakimə tapşırıldı[/b]

Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının II turunun ilk oyun gününün təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan hakimi Əliyar Ağayev növbəti təyinatını alıb.

 

FİFA referisi İtaliya – Avstriya matçının baş hakimi olacaq. Sabah baş tutacaq qarşılaşma Reutlingen şəhərində keçiriləcək.

 

Qeyd edək ki, Ağayev ilk turun Xorvatiya - Hollandiya matçında (1:3) dördüncü hakim funksiyasını yerinə yetirib.

0