[b]İtaliya A seriyasında yeni klub[/b]
16.05.2015 - 21:17
[b]İtaliya A seriyasında yeni klub[/b]

İtaliya birinciliyində yeni komanda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, B seriyasında sona bir tur qalmış ikinciliyi təmin etmiş “Frosinone” elitaya yüksəlib.

 

93 il aradan sonra A seriyasında mübarizə aparmağa haqq qazanmış “Karpi”dən sonra ikinci olaraq əsas liqaya çıxan “Frosinone” son 8 həftədə 6 oyunda qalib gələrək böyük uğur qazanıb.

 

Xatırladaq ki, klub 87 illik tarixində ilk dəfə elitada mübarizə aparacaq.