[b]İtaliya derbisini “Yuventus” qazandı[/b]
31.07.2017 - 02:16
[b]İtaliya derbisini “Yuventus” qazandı[/b]

Beynəlxalq Çempionlar Kuboku turnirinin Amerika divizionunda növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Yuventus” ilə “Roma” üz-üzə gəlib.

 

Bostonda baş tutan görüş “qoca sinyora”nın qələbəsi ilə başa çatıb. Oyunda hesabı turinlilər açıb. Mancukiç təkbətəkdən fərqlənib.

 

İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda Ceko hesabda tarazlıq yaradıb.

 

Matç heç-heçə ilə nəticələndiyi üçün oyunsonrası penalti vuruşlarına ehtiyac yaranıb.

 

“Lotoreya”da daha dəqiq olan “Yuventus” yekunda qələbəni bayram edib.

 

Beynəlxalq Çempionlar Kuboku

31 iyul

 

“Yuventus” – “Roma” – 1:1 (penaltilərdə – 5:4)

Qollar: Mancukiç, 29 – Ceko, 74