[b]İtaliya klubunda baş məşqçi istefası[/b]
29.04.2018 - 18:03
[b]İtaliya klubunda baş məşqçi istefası[/b]

İtaliya A seriyasında baş məşqçi istefası rellaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Kyevo” klubu çalışdırıcısı Rolando Maranı vəzifəsindən uzaqlaşdırıb.

 

XXXV turda komandanın “Roma”ya səfərdə böyükhesablı məğlubiyyəti (1:4) onun qovulması ilə nəticələnib. Maranla yanaşı, köməkçiləri də istefaya göndərilib. Bu posta isə müvəqqəti olaraq gənclərdən ibarət komandanın baş məşqçisi Lorentso Danni gətirilib.

 

Qeyd edək ki, sona 3 tur qalmış aktivində 31 xal olan “Kyevo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.