[b]İtaliya yığmasında problem[/b]
10.11.2017 - 12:02
[b]İtaliya yığmasında problem[/b]

DÇ-2018-in pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün İsveçlə qarşılaşacaq İtaliya yığması matça itki ilə çıxacaq. Apasport.az saytı xəbər verir ki, “Skuadra Adzurra”nın hücumçusu Simone Zaza zədələnib.  

 

Dizindən xəsarət alan 26 yaşlı forvard bu səbəbdən İsveçlə görüşü buraxacaq. Məlumat İtaliya Futbol Federasiyasının mətbuat xidməti tərəfindən açıqlanıb.

 

Qeyd edək ki, İsveç – İtaliya oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.

0