[b]Kamran Ağayev forma geyindi, komandası 3 xal qazandı[/b]
15.03.2015 - 18:10
[b]Kamran Ağayev forma geyindi, komandası 3 xal qazandı[/b]

Türkiyə çempionatının I liqasında XXIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor” evdə “Altınordu” ilə qarşılaşıb.

 

Matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Komandasının 3 xal qazandığı görüşdə Kamran meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb.

 

Beləliklə, bu qalibiyyətdən sonra Kayseri klubu xalını 50-yə çıxarıb və turnir cədvəlində liderliyini davam etdirir.