[b]Kamran Ağayev üçün mövsüm bitdi?![/b]
05.04.2016 - 11:48
[b]Kamran Ağayev üçün mövsüm bitdi?![/b]

“İnter”in qapıçısı Kamran Ağayevin zədəsinin durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, sol ayağına gips langet sarğısı qoyulan yığma komandamızın qolkiperi ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Topaz Premyer Liqasının XXVIII turunda “Qəbələ” ilə qarşılaşmada zədələnən 30 yaşlı oyunçunun ayağında hər hansı bir sınıq və çat aşkarlanmasa da, oynaqdaxili zədələmnə müşahidə olunub. Həkimlər Ağayevin ayağının ən azı 2 həftə gipsdə hərəkətsiz vəziyyətdə qalmasını məsləhət görüblər.

 

Gips açıldıqdan sonra futbolçu yenidən tibbi müayinədən keçəcək və yalnız ondan sonra onun məşqlərə nə zaman başlayacağına aydınlıq gələcək. İlkin ehtimala görə, “bankirlər” ən azı 1 ay əsas qapıçısının xidmətindən məhrum qalacaq. Ancaq zədənin sağalma prosesi gec gedərsə, o zaman Ağayev bu mövsüm meydana çıxmaya bilər.

 

Qeyd edək ki, qış fasiləsində “İnter”ə keçən Kamran Ağayev “bankirlər”in heyətində Topaz Premyer Liqasında 7 oyun keçirib, qapısından 3 top buraxıb.

0