[b]Kamran Ağayevin durumuna aydınlıq gəldi[/b]
04.04.2018 - 12:57
“Keşlə”nin qapıçısı Kamran Ağayevin durumuna aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, zədəli çərçivə qoruyucusu Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçib.
Tibbi müayinənin nəticəsinə görə, 32 yaşlı qolkiperin zədəsi ciddi deyil. Həkimlər onun komandanın məşqlərinə qatıla biləcəyini söyləyib.
Qeyd edək ki, Kamran Ağayev Premyer Liqanın XXI turu çərçivəsində “Qarabağ”la matçda (1:1) xəsarət almışdı. Oyunu davam etdirə bilməyən millimizin qapıçısı 42-ci dəqiqədə Orxan Sadıqlı ilə əvəzlənmişdi.
0
0