[b]Kamran məğlubiyyəti skamyadan izlədi[/b]
24.09.2017 - 01:01
Futbol üzrə Çexiya çempionatında VIII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan milli üzvü məğlubiyyəti də ordan izləyib.
Qeyd edək ki, geridə qalan 8 turda 7 xal toplayan “Mlada Boleslav” 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0