[b]Kamrandan xəbər yoxdu, Eminin xeyri dəymədi[/b]
02.04.2017 - 01:16
Portuqaliya Premyer Liqasında XXVII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri Emin Mahmudov və Kamran Ağayevin komandası “Boavişta” da növbəti oyununu keçirib.
“Damalılar” doğma meydanda “Rio Ave” ilə üz-üzə gəlib. Kamranın adı gözlənildiyi kimi matçın iştirak ərizəsinə salınmayıb. Emin isə oyuna ehtiyatda başlasa da, 84-cü dəqiqədə meydana daxil olub. Görüş isə qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 27 oyundan sonra aktivində 34 xal olan “Boavişta” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
0
0