Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən məhsuldar futbolçusu olmuş Nikolas Kanalesin qol həsrəti başa çatıb. Apasport.az saytının məlumatına görə, çilili hücumçu bir illik fasilədən sonra bu yay qayıtdığı “Neftçi” də ilk qollarını vurub.
XI turun AZAL-la qarşılaşmasının 57-ci dəqiqəsində meydana daxil olan cənubi amerikalı cəmi 14 dəqiqə sonra toru silkələyib. Kanales buna ölkəmizə qayıtdıqdan sonra keçirdiyi yubiley – 10-cu matçında nail olub.
2 avrokubok və 7 çempionat matçında üst-üstə 438 dəqiqə meydanda olan bombardir cari mövsümdəki qolsuz dəqiqələrini 452-də dayandırıb. Az sonra isə çilili dublunu da rəsmiləşdirib.
Nikoals “ağ-qaralar”ın heyətində son qolunu vuranda da dubla imza atmışdı. 2013-cü il mayın 4-də “Neftçi”nin “Qarabağ” üzərində 2:1 hesablı qələbəsinin memarı olan Kanales həmin görüşün 84-cü dəqiqəsində son nöqtəni qoymuşdu. Lakin 2012/13 mövsümünün son 3 qarşılaşması – iki çempionat və 1 kubok oyunundakı 300 dəqiqə qol həsrəti il başa çatmışdı. Bir sözlə, legioner 306 dəqiqəlik qolsuzluqla vətəninə yollanmışdı.
Noyabrın 2-də qola imza atan Kanales “Neftçi”nin heyətində 547 gündən sonra azarkeşlərini sevindirdi. Komandasında ardıcıl 12 qolsuz matç keçirən forvard bu formada 758 dəqiqəlik sükutunu pozdu.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt