“Sassuolo”nun müdafiəçisi Paolo Kannavaro karyerasını bitirmək istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə Fransanın “Ekip” nəşri xəbər yayıb.
Bildirilib ki, italiyalı müdafiəçi 36 yaşında butslarını mismardan asmaq qərarına gəlib.
O, artıq futboldan getdikdən sonra nə iş görəcəyinə də qərar verib. Kannavaro məşqçi kimi Çində çalışacaq. Paolo böyük qardaşı Fabio Kannavaronun çalışdırdığı “Quanjou Everqrand” komandasının məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Paolo cari mövsümdə 18 oyunda meydana çıxıb. Müdafiəçi karyerası ərzində "Sassuolo"dan başqa, "Parma", "Verona" və "Napoli"də də top qovub.