[b]Kapitanın durumu bəlli deyil[/b]
06.04.2016 - 00:01
[b]Kapitanın durumu bəlli deyil[/b]

Topaz Premyer Liqasının son turunda öz meydanında “İnter”lə qolsuz bərabərliyə razılaşan “Qəbələ” ötən günü istirahətlə keçirib. Apasport.az saytının məlumatına görə, oyundan bir gün sonra yüngül məşqlə kifayətlənən Roman Qriqorçukun yetirmələri bu gün hazırlıqları bərpa edəcəklər.

 

“Qırmızı-qaralar”ın heyətində kapitan Dodonun durumuna hələ aydınlıq gəlməyib. Onun növbəti turda “Sumqayıt”la matçda meydana çıxıb çıxmayacağı qarşılaşmaya bir gün qalmış dəqiqləşəcək.

 

Qeyd edək ki, əyalət klubunun Topaz Premyer Liqasının XXIX turundakı “Sumqayıt”la oyunu səfərdə baş tutacaq və saat 14:00-da start götürəcək.

0