Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la (0:0) keçirilən oyundakı hərəkət “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karraskonun komandadan ayrılması ilə nəticələnə bilər. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, belçikalı futbolçu klubunu dəyişməyin əleyhinə deyil.
Baş məşqçi Dieqo Simeone tərəfindən cəzalandırılan və La Liqanın ötən turunda “Selta” ilə matça aparılmayan Karraskonun nə zaman əfv ediləcəyi bəlli deyil. 23 yaşlı futbolçu gələn il Rusiyada keçiriləcək dünya çempionatına yüksək formada yollanmaq üçün qış fasiləsində klubunu dəyişməyə belə razıdı.
Simeone ilə yanaşı, komanda yoldaşları ilə də arası dəyən hücumameyilli oyunçuya artıq ilk təkliflər gəlib. Premyer Liqa klubları “Çelsi” və “Mançester Yunayted” Karraskonu yanvarda transfer etmək fikrinə düşüblər. Ancaq bu məsələdə son sözü “Atletiko”nun baş məşqçisi deyəcək.
Qeyd edək ki, Yannik Karrasko “Qarabağ”la Bakıdakı matçın 72-ci dəqiqəsində əvəzlənərkən meydanı ləng tərk etdiyi üçün həm azarkeşlər, həm rəhbərlik, həm də komanda yoldaşları tərəfindən tənqid edilmişdi.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi