Çempionlar Liqası yarımfinal mərhələsi cavab qarşılaşmasında “Yuventus”a qarşı meydana çıxan “Real”ın qapıçısı və kapitanı Kasilyas bu turnirdə rekorda ortaq olub. Apasport.az saytının məlumatına görə, karyerası boyunca 150-ci dəfə qitənin ən nüfuzlu klub turnirində forma geyinən Kasilyas bu göstərici ilə Çempionlar Liqası tarixində ən çox oynamış iki futbolçudan biri kimi tarixə düşüb.
Digər rekordçu isə bir gün öncə “Bavariya”ya qarşı oyunda meydana çıxan “Barselona”nın yarımmüdafiəçisi Xavidir.
Xatırladaq ki, Kasilyas uzunmüddətli karyerası boyunca 3 dəfə Çempionlar Liqasının qalibi olub.