[b]Kaxaber Sxadadze: Heç bir komanda qələbəyə layiq deyildi[/b]
26.10.2014 - 18:26
[b]Kaxaber Sxadadze: Heç bir komanda qələbəyə layiq deyildi[/b]

“Çox gərgin oyun izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis bu gün Topaz Premyer Liqasının IX turunda səfərdə “Neftçi” ilə qolsuz bərarbərliyə qalmasına şərh verib: “Medallara oynayan komandalardır. Meydanda mübarizə və emosiyalar çox idi. Üstünlük gah bir komandada, gah da o biri komandada olurdu. Hesab oyuna görədir. Heç bir komanda qələbəyə layiq deyildi. Qarşıda bizi çətin oyunlar gözləyir. Onlara tez qısa bir vaxta hazırlaşmalıyıq”.(pfl)