[b]Kaxaber Sxadadze puldan danışdı: Pis “day-day”lar bu işə qol qoymur[/b]
08.05.2015 - 21:44
[b]Kaxaber Sxadadze puldan danışdı: Pis “day-day”lar bu işə qol qoymur[/b]

“Hamımızı tәbrik edirәm. Futbolda nә baş verә bilәrdisә, bu oyunda baş verdi. Bu gün çox maraqlı trillerә şahidlik elәdik. 4 qol, 2 vurulmayan penalti, 2 "qırmızı" vә çox sürәtli, gәrgin, açıq futbol izlәdik. Komandama tәşәkkür edirәm ki, bu mübarizәdә belә möhtәşәm qәlәbә qazandıq". Apasport.az saytının xəbərinə görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində "Neftçi" üzərində qazanılan 4:0 hesablı qələbədən sonra deyib.


Gürcüstanlı mütəxəssis "İnter"in büdcə məsələsindən də danışıb.


"Elә bir vәziyyәtdi ki, bilmirәm sevinim, yoxsa... hәm ağlamalı, hәm gülmәli situasiyadayıq. Bilirsiz ki, klubumuzda işlәr heç dә yaxşı getmir. Maliyyә durumu artıq fәsadlar yaratmaqdadı. Buna baxmayaraq, hәr birimiz öz ölkәmiz, öz ailәmiz üçün işimizi peşәkarcasına görmәliyik vә görürük. Ancaq aydınlaşmalı olan mәsәlәlәr var. Klubun növbәti mövsüm üçün büdcәsi yanvarda tәsdiqlәnib. Ancaq hansısa pis "day-day"lar bu işin hәll olunmasına mane olur, yaxud qol qoymur. Belә olmaz. Bu cür davam elәmәk mümkünsüzdü. "Bakı"dan 20 nәfәr bu vәziyyәtlә bağlı UEFA-ya şikayәt elәyib. Eyni problemdәn bizdә dә 50 nәfәr şikayәt ünvanlasa, bunun nә boyda böhran yaradacağının fәrqinә varırlarmı?" – deyə Sxadadze bildirib.
 

Çalışdırıcı "İnter"in yaşamağı haqq elədiyini söyləyib: "İnter" yaşamağı haqq elәyәn klubdu, burda peşәkarlar toplaşıb. Doğrudur, ümumilikdә ölkә futbolunda müәyyәn maliyyә böhranı var vә bu, göz qabağındadı. Ancaq süni maneәlәrlә mәsәlәnin bir az da şişmәyinә sәbәb olmaq doğru deyil. Mәnim әlimdәn nә gәlә bilәrsә, maksimumunu etmәyә hazıram. Ancaq yenә deyirәm, "İnter" yaşaya bilәr vә yaşamalıdı, buna maneәlәr edilmәmәlidi" (futbolpress.az)