[b]Kaxaber Sxadadze heyətdə dəyişiklik edəcək[/b]
02.11.2014 - 18:40
[b]Kaxaber Sxadadze heyətdə dəyişiklik edəcək[/b]

“Sumqayıt”ı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

O, bu gün Topaz Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”la 0:0 hesabı ilə bərabə qalmalarından danışıb: “Rəqib yaxşı müdafiə olundu. Bizim şanslarımız daha çox oldu. Amma təəssüflər olsun ki, istifadə edə bilmədik. Bu isə onu göstərir ki, biz dəyişikliklər etməliyik. Daha doğrusu dəyişiklik edəcəyik. Həyat davam edir. İrəli baxmalıyıq. Problemlər var, bunun üzərində çalışmalıyıq”.(pfl)