[b]Kaxaber Sxadadzeyə Rusiyadan sürpriz çağırış - FOTO[/b]
06.10.2015 - 23:38
[b]Kaxaber Sxadadzeyə Rusiyadan sürpriz çağırış - FOTO[/b]

Bakının “İnter” komandasının keçmiş baş məşqçisi, hazırda Gürcüstan milli komandasına başçılıq edən Kaxaber Sxadadzeyə hərbi çağırış vərəqəsi gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə “Sovetskiy Sport” nəşri xəbər yayıb.

 

47 yaşlı mütəxəssisin hərbiyə çağrılması nə qədər təəccüblüdüsə, bu dəvətin Rusiya Sialhlı Qüvvələrindən gəlməsi ikiqat sürpriz olub. Hərbi çağırış vərəqəsində Kaxaber Sxadadzenin təcili Rusiyaya getməli və hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirməli olduğu bildirilir.

 

Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 8-də Cəbəllütariq yığması ilə qarşılaşacaq. 

0