[b]Keçmiş “Qəbələ”li qol vurdu, komandası qalib gəldi[/b]
13.06.2017 - 01:24
[b]Keçmiş “Qəbələ”li qol vurdu, komandası qalib gəldi[/b]

Dünyanın yaşıl meydanlarında yığma komandalar arasında yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən gün daha iki görüş baş tutub.

 

Belarus Yeni Zelandiya ilə üz-üzə gəlib. Denis Polyakovun 47-ci dəqiqədə vurduğu qol avropalılara minimal hesablı qələbə qazandırıb - 1:0.

 

Günün digər oyunu Latviya və Estoniya arasında baş tutub. “Baltik derbisi” estonların 2:1 hesablı qələbəsi ilə bitib. 22-ci dəqiqədə Davis İkaunyeks Latviyanı hesabda önə keçirsə də, fasilədən sonra meydana çıxan “Qəbələ”nin sabiq forvardı Sergey Zenyov 51-ci dəqiqədə estonların cavab qolunu vurub. 77-də Ats Purje ilə daha bir qol vuran Estoniya yığması meydandan əzmkar qələbə ilə ayrılıb.

 

Bu oyunda vaxtilə ölkəmizdə çıxış etmiş Dmitri Kruqlov da 69-cu dəqiqədən etibarən Estoniyanın qələbəsi üçün çalışıb.