[b]Keçmiş futbolçunun final proqnozu[/b]
13.09.2016 - 14:33
[b]Keçmiş futbolçunun final proqnozu[/b]

“Çempionlar Liqasının cari mövsümünün finalında “Bavariya” və “Yuventus” komandaları üz-üzə gələcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri yaxın keçmişin ulduz futbolçusu Filippo İnzagi deyib.

 

“Yuventus” və “Milan”ın sabiq hücumçusu UEFA Çempionlar Liqasının 2016/2017 mövsümü ilə bağlı proqnoz verib. O bildirib ki, həlledici görüşdə “Bavariya” və “Yuventus” klublarının qarşılaşacağını ehtimal edir: “Almanlar çox güclüdülər, Karlo Ançelotti isə qeyri-adi məşqçidi. ÇL-in əsas favoriti qismində məhz “Bavariya”nı görürəm. Münhen klubunun yaxşı heyəti var. Levandovski dünyanın ən güclü hücumçularından biridi. Müller meydanda nə vaxt harda olmalı olduğunu yaxşı bilir. Duqlas Kosta istənilən müdafiəçini təkbətək mübarizədə asanlıqla aldada bilər. “Yuventus” da hazırda yaxşı dövrünü yaşayır. Bu komandanın da Mandzukiç, İquain və Dibala kimi hücumçuları var. Klub Poqbanı satıb, İquain, Pyaniç və Benatianı almaqla düzgün addım atdı”.

 

0