[b]Ketsbaya “Neftçi”nin təklifini rədd etdi[/b]
30.05.2018 - 23:24
[b]Ketsbaya “Neftçi”nin təklifini rədd etdi[/b]

Rumıniyalı Marius Şumuditsanın imtinasından sonra məşqçi axtarışlarını davam etdirən “Neftçi” rəhbərliyi daha bir namizəddən rədd cavabı alıb. Apasport.az saytının məlumatına görə, üzünü Gürcüstana çevirən “ağ-qaralar” ordan da əliboş dönüb.

 

Belə ki, paytaxt klubunun Temuri Ketsbayaya etdiyi təklif mütəxəssis tərəfindən qəbul edilməyib.

 

Bir müddət düşünmək üçün vaxt istəyən 50 yaşlı mütəxəssis yekunda Bakıda çalışmaqdan imtina edib.

 

Qeyd edək ki, futbolçu karyerasında “Nyukasl”, “Dinamo” (Tiflis), “Dandi”, AEK, “Anortosis” kimi klublarda çıxış edən Ketsbaya məşqçiliyə Kiprdə başlayıb. “Anortosis”lə bir sıra tarixi uğurlara imza atan gürcüstanlı “Olimpiakos”, APOEL, AEK və “Orenburq” klublarını, həmçinin ölkəsinin əsas yığmasına rəhbərlik edib.