“Tottenhem”in hücumçusu Harri Keyn 2017-ci ilin ən məhsuldar futbolçusu adına yiyələnib. Apasport.az saytı xəbər verir ki, o, buna İngiltərə çempionatının XX turunda “Sauthempton”la qarşılaşmada nail olub.
İlk hissədə dubl edən 24 yaşlı forvard bununla cari ildəki qollarının sayını 55-ə çatdırıb. Nəticədə aktivində 54 qol olan Lionel Messini qabaqlayaraq, ilin bombardiri olub. Keyn bu göstəriciyə 52 oyunda iştirak etməklə imza atıb.
İlk “üçlüy”ə isə 3 futbolçu şərikdi. Bunlar Robert Levandovski (55 oyun, 53 qol), Kriştianu Ronaldo (59 oyun, 53 qol) və Edinson Kavanidi (62 oyun, 53 qol).
Keyn eyni zamanda Premyer Liqada 1 ildə ən çox qol vuran futbolçu adına sahib çıxıb. O, hazırda davam edən görüşdə dubl edərək, qol sayını 38-ə çatdırıb və Alan Şirerə məxsus, 1995-ci ilin rekordunu (36 qol) təzələyib.