[b]Kin və Qurbanov[/b]
15.10.2014 - 16:49
[b]Kin və Qurbanov[/b]

Avropa çempionatlarının seçmə mərhələlərində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, seçmə oyunlarda ən çox qol vuran futbolçuların siyahısında yeni rekordçu “peyda olub”.

 

Belə ki, AVRO-2016-nın son iki turunun qəhrəmanı olan irlandiyalı Robbi Kin hesabındakı topların sayını 21-ə çatdırıb. Yarışın mütləq rekordçusu buna 38 matçda nail olub. Kin Danimarka millisində 19 qol vuran Yon Dal Tomassonu arxada qoyub. Hərçənd, tsikl başlamazdan 18 qolu olan Kin 3-cü yerə şərik idi.

 

Türkiyə futbolunun əfsanəsi Hakan Şükürün də hesabında eyni sayda qol var. Lakin danimarkalı 24, türkiyəli isə 31 matçda bu qədər qol vurub. Bu üzdən Tomasson 2-ci, Hakan 3-cüdü.

 

Bombardirlər siyahısındakı növbəti 2 pilləsindəki futbolçular eyni sayda – 18 topa sevinib. Bunu 20 qarşılaşmada bacaran ispaniyalı Raul 4-cü, 25 matça çıxan çexiyalı Yan Koller 5-cidi.

 

Müqayisə üçün AVRO-1996-nın seçmə mərhələsindən qitə arenasına çıxan Azərbaycan yığmasının bombardirləri Qurban Qurbanovun hesabında 5 top var. Avropa rekordçusundan fərqli, bizim bombardir karyerasını bitirdiyindən qol sayını artıra bilməyəcək.

 

0