[b]Kirill Petrov "Neftçi"dən ayrılır: 3 ölkədən təklif[/b]
07.05.2018 - 11:38
[b]Kirill Petrov "Neftçi"dən ayrılır: 3 ölkədən təklif[/b]

“Neftçi”nin müdafiəçisi Kirill Petrov klubla yollarını ayırmağa hazırlaşır. Apasport.az-ın Ukraynanın komanda1.com nəşrinə istinadən məlumatına görə, 28 yaşlı futbolçu karyerasını başqa ölkədə davam etdirməyə yaxındı.

 

Bildirilir ki, Petrovun müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, futbolçu digər təklifləri nəzərdən keçirməyə başlayıb. Onun xidmətində maraqlı olan klublardan biri Yunanıstan çempionatında avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Türkiyənin aşağı liqa təmsilçisi “Giresunspor” da Ukraynanın gənclər millisinin sabiq üzvündən əl çəkmir. Petrovu heyətinə qatmaqda maraqlı olan 3-cü komanda İsrail təmsilçisi “Hapoel”di (Təl-Əviv).

 

Bununla yanaşı, “Neftçi” rəhbərliyi də müdafiəçinin qalmasında maraqlıdı və ona yeni sözləşmə təklif edib. Ukraynalı isə yekun qərarını mövsümün sonunda verəcək.

 

Qeyd edək ki, Kirill Petrov “Neftçi”yə ötən il Donetsk “Olimpik”indən keçib.