[b]Kiyev “Dinamo”sunun yetirməsi Azərbaycan çempionatı haqda[/b] - FOTO
16.05.2016 - 09:59
[b]Kiyev “Dinamo”sunun yetirməsi Azərbaycan çempionatı haqda[/b] - FOTO

“Azərbaycan çempionatı çox yaxşıdı. Ancaq mən bu ölkədə oynamaq barədə hələ düşünmürəm”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Metallist” klubunun müdafiəçisi Dmitri Rıjuk deyib.

 

Ölkəsində uğurlu mövsüm keçirən 24 yaşlı futbolçu artıq sabiq komandası Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb.

 

Yerli mətbuata müsahibəsində ölkə çempionundan təklif almadığını deyən Rıjuk Azərbaycan variantı ilə bağlı sualı isə bu cür cavablandırıb: “Hələ ki, “Dinamo”dan təklif almamışam. Karyeramı ölkə xaricində davam etdirməyin də əleyhinə deyiləm. Ölkəmizdə vəziyyət gərgin olduğundan, Avropaya yollana bilərəm. Azərbaycan və Qazaxıstan çempionatlarında yaxşı mübarizə gedir. Ancaq mən mərkəzi Avropa ölkələrindən birində gücümü sınamaq istərdim. Çexiya variantı da istisna deyil. Orda yaşayan bir menecer ukraynalı futbolçuların yerli klublara keçidi ilə məşğuldu”.

 

Qeyd edək ki, 2005-2015-ci illərdə Kiyev “Dinamo”sunun aşağı yaş qruplarında yetişmiş Dmitri Rıjuk Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

0