“Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın komandadan ayrılacağına dair çıxan xəbərlərə münasibət bildirib. Apasport.az saytı xəbər verir ki, alman çalışdırıcı “Sport Bild”ə müsahibəsində Salahın potensial transferinə görə narahat olmadığını deyib: “Onun burada özünü rahat hiss etdiyini bilirəm. O isə bizim oyun tərzimizin ona uyğun olduğunun fərqindədi. Odu ki, Salahın başqa bir kluba transferi barədə narahat deyiləm”.
Madrid “Real”ı misirli futbolçunun transferində maraqlıdı.
Qeyd edək ki, 2017-ci ilin yayında 36,9 milyon funt-sterlinq qarşılığında “Roma”dan transfer edilən Məhəmməd Salah cari mövsümdə rəqib qapılarına ümumilikdə 39 dəfə yol tapıb.