[b]Klub prezidenti Türkiyədə öldü[/b]
01.09.2016 - 21:47
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti vəfat edib. Apasport.az saytının məlumatına görə, ərəb klub rəsmisi Əhməd Məsud Türkiyədə dünyasını dəyişib.
Onun Kocaəli şəhərindəki otellərin birində səhhəti pisləşib. Ürək tutmasından təcili xəstəxanaya çatdırılan Məsudun həyatını xilas etmək mümkün olmayıb.
Bədbəxt hadisədən sonra ərəb klubu Türkiyədəki təlim-məşq toplanışını yarımçıq qoyaraq vətənə dönüb.
0
0