“Real”ın prezidenti Florentino Peres komandasının ardıcıl 3-cü dəfə Çempionlar Liqasını qazanmağa namizəd olduğunu söyləyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, tanınmış iş adamı yarımfinalla bağlı proqnoz da verib.
Belə ki, o, növbəti mərhələdə “Bavariya” ilə qarşılaşacaqlarını düşünür. “Barselona” ilə finalda üz-üzə gəlmək ehtimalına toxunan Peres əzəli rəqibə söz atmağı da unutmayıb: “Barselona” ilə finalda qarşılaşmaq istəyərəmmi? Əsas finala adlamaqdı. Bu ehtimal ola bilər. Ancaq düşünürəm ki, əvvəlcə “Bavariya” ilə qarşılaşacağıq. Çünki onlarla həmişə oynayırıq. Əgər finalda “Barselona” ilə üz-üzə gəlsək, o zaman onları bu mövsüm İspaniya Superkubokunda məğlub etdiyimiz (3:1, 2:0) oyunları xatırlayacam. İlk növbədə isə “Yuventus”u keçməliyik”.
Qeyd edək ki, “Real” 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Yuventus”a 3:0 hesabı ilə qalib gəlib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu