Dünən “Trabzonspor”la yolları ayırılan baş məşqçi Vahid Halilhociç Qara dəniz klubunda rəhbərliyi 117 gün olub. Apasport.az saytının məlumatına görə, DÇ-2014-dən sonra Əlcəzair millisindən Türkiyə təmsilçisin “sükanı arxası”na keçən təcrübəli çalışdırıcı komandaya 17 futbolçu transfer edib.
Oskar Kardoso, Varis, Yatabare, Səfa və Mehmet Ekici kimi oyunçularla anlaşan “Trabzonspor” təxminən 80 milyon avro ziyana düşüb. Superliqada uğursuz oyunlar isə rəhbərliyi özündən çıxarıb və trabzonlular Bosniya və Herseqovinadan olan çalışdırıcının işindən təngə gələrək, onu komandadan göndirblər.
Qeyd edək ki, Vahid Halilhociçlə Fransa klubları yaxından maraqlanır.