[b]Klublar Komitəsi AZAL-ı haqlı çıxardı[/b]
15.04.2015 - 14:20
[b]Klublar Komitəsi AZAL-ı haqlı çıxardı[/b]

“İclasın əsas müzakirə mövzularından biri də “Neftçi”nin müdafiəçisi Karlos Kardosoya verilən cəza idi. AZAL klubu bununla bağlı şikayət etmişdi”. Bunu apasport.az saytına Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.

 

Bu gün Klublar Komitəsinin iclasında Kardosonun məsələsini müzakirəyə çıxaran qurum AZAL-ın şikayətini haqlı hesab edir. Nadirov bu məsələdə “Neftçi”ni də günahlandırmayıb: “AZAL haqlı irad bildirib. “Neftçi” tərəfi Kardosonun cəzasının azaldılması üçün AFFA-ya müraciət etməyib. Biz PFL-in Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənovu da iclasa dəvət etmişdik. Ondan soruşduq ki, niyə Kardosoya 1, AZAL-ın kapitanı Rəşad Abdullayevə 3 oyunluq cəza verilib? O da bildirdi ki, hakim-inspektorun raportuna və videotəkrara əsasən qərar verilib”.

 

Qeyd edək ki, “Neftçi”nin müdafiəçisi Karlos Kardoso Premyer Liqanın XXVIII turunda “Simurq”la matçda rəqibi bilərəkdən vurduğu üçün birbaşa qırmızı vərəqə almış və AFFA İntizam Komitəsi onu 2-si şərti olmaqla 3 oyunluq cəzalandırmışdı. XXV turda isə AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayev rəqibi təhqir etdiyi üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalışdı.