[b]Klublarımızdan məhsuldarlıq rekordu[/b]
16.09.2016 - 18:25
[b]Klublarımızdan məhsuldarlıq rekordu[/b]

Avropa Liqasının qrup mərhələsinin I turu Azərbaycan klubları üçün rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz avrokuboklarda məhsuldarlıq rekordumuzu təkrarlamağa müvəffəq olub.

 

Bu, bir mövsümdə vurulan qolların sayında qeydə alınıb. Klublarımız cari mövsümdəki qol sayını 29-a çatdırmaqla bunu rəsmiləşdirib.

 

“Qarabağ” Çexiya “Slovan”ına 2, “Qəbələ” Belçika “Anderlext”inə 1 qol vurmaqla, bu rəqəmin 29-a çatmasına səbəb olub. Mövsümün qollarından 16-sı “Qəbələ”nin hesabındadı. Bu da bir klubumuzun mövsüm ərzində vurduğu qol sayında yeni rekorddu. “Qarabağ” 9 dəfə fərqlənibsə, “Neftçi” 3, “Kəpəz” cəmi 1 qola sevinib.

 

29 qolun vurulması 2012/13 mövsümündəki rekordun təkrarıdı. Komandalarımız 1994-cü ildə debüt etdiyi avrokuboklarda heç vaxt bir mövsümdə 29-dan çox qol vurmayıblar. Qrup mərhələsinin sonunadək hər komandamızın 5 oyun keçirəcəyi isə rekordun yenilənəcəyini gözləməyə əsas verir.

 

 

0