[b]Klublarımızın üç qol buraxdığı gün[/b]
06.07.2015 - 12:22
[b]Klublarımızın üç qol buraxdığı gün[/b]

Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını keçirəcəyi tarix təmsilçilərimiz üçün uğursuzdu. Apasport.az saytının məlumatına görə, indiyədək klublarımız yalnız 2009-cü ildə iyulun 9-da avrokubok matçına çıxıb.

 

Həmin vaxt iki komanda – “İnter”lə “Simurq” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayıb. Bakılılar öz meydanında Slovakiya “Spartak”ı ilə, Zaqatala klubu isə İsraildə “Bney Yehuda” ilə üz-üzə gəlib.

 

Hər iki təmsilçimiz 3 qol buraxaraq məğlub olub. “İnter” 1:3, “Simurq” isə 0:3 hesabına üzülüb.

 

Qeyd edək ki, bu həftə keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarında “İnter” Albaniya “Laçi”sini, “Qəbələ” Tiflis “Dinamo”sunu qəbul edəcək, “Neftçi” isə Monteneqroda “Mladost”la qarşılaşacaq.