“Qəbələ” hücumçusu Famussa Kone ilə vidalaşa bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatında xəbər gedib.
Samsunun yerli “samsunhaber.com” portalı Konenin yenidən köhnə komandasına dönə biləcəyini yazıb. Belə ki, iddialara görə, transfer siyahısı hazırlayan klubun baş məşqçisi Engin İpəkoğlu ilk sırada məhz malili hücumçunun adını yazıb.
Müqavilə ilə bu ölkənin digər komandası “Göztəpə”yə məxsus olan, “Qəbələ”də icarə əsasında çıxış edən Konenin anlaşması mövsümün sonuna kimi nəzərdə tutulub.
Sözügedən sayt oyunçunun Azərbaycanda xoşbəxt olmadığını və yenidən Türkiyəyə dönmək istədiyini də iddia edib.
Qeyd edək ki, Famussa Konenin “Göztəpə” ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.