[b]Konte: Azərbaycanla oyunda özümüz “fərqləndik”[/b]
14.10.2014 - 23:00
[b]Konte: Azərbaycanla oyunda özümüz “fərqləndik”[/b]

“Komandam rəhbərliyim altında 4 oyundan 4 qələbəyə sevindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan “Skuadra Adzurra”nın təcrübəli çalışdırıcısı yerli mətbuatın tənqidlərindən dilə gəlib. Həmkarlarımız italiyanların qələbə qazanmalarına baxmayaraq, Konteni hücumun oyununun aşağı səviyyədə olduğu ilə ittiham ediblər.

 

Antonio da komandasının ünvanına gələn tənqidlərə cavab verib: “Buffona bizi oyun ərzində bir dəfə də olsun xilas etmək imkanı düşmədi. Komandamın qapısından yalnız bir qol keçib ki, bu da Azərbaycanla oyunda özümüz “fərqləndik”. Biz milli komandanın azarkeşlərinin ürəyində ümid alovunu dirçəltdik. Siz isə bunlara neqativ tərəfdən baxırsız. Əvəzində, müsbət anlara məhəl qoymadan, indi bu odu söndürməyə çalışırsınız? Mən hazırda sakit oturmuşam. Lakin sonra hislərimə təslim ola bilməyəcəm. Görünür ki, bizə hələ çox işləmək lazımdır”.

 

Qeyd edək ki, İtaliya millisi Kontenin rəhbərliyi altında 4 qarşılaşmada meydana çıxıb və bütün görüşlərdən qalib ayrılıb. “Skuadra Adzurra” əvvəlcə yoldaşlıq oyununda Hollandiyanı 2:0 hesabı ilə məğlub edib. Seçmə mərhələdə də Norveçi eyni hesabla üstələyən rəqibimiz Azərbaycanı 2:1, Maltanı isə 1:0-la üstələyib.