[b]Konte millimizlə oyuna yeni futbolçular çağırır[/b]
03.10.2014 - 15:04
[b]Konte millimizlə oyuna yeni futbolçular çağırır[/b]

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qəbul edəcək İtaliya millisinin heyətində yeni futbolçular yer alacaq. Apasport.az xəbər verir ki, bu barədə məlumatı “La Qazetta Dello Sport” nəşri yayıb.

 

Qeyd olunur ki, baş məşqçi Antonio Konte Azərbaycan və Malta ilə matçlarda bir çox futbolçuları sınayacaq.

 

Belə ki, Konte “Yuventus”un gənc futbolçusu, hazırda icarə əsasında “Empoli”də forma geyinən 20 yaşlı mərkəz müdafiəçisi Daniele Ruqanini yığmaya dəvət edəcək. Həmçinin, İngiltərənin “Sauthempton” klubunun hücumçusu Grasiano Pelle də İtaliya millisinin heyətində oynamaq şansı qazanacaq.

 

Bundan başqa, “Sampdoriya”nın mərkəz müdafiəçisi Daniele Kastaldello da heyətə çağırılacaq. Bu klubdan daha bir futbolçu  23 yaşlı yarımmüdafiəçi Roberto Sorianonun da millimizlə oyunda debüt etmək imkanı olacaq.

 

Konte İngiltərənin “Liverpul” klubunda oynayan və DÇ-2014-də İtaliya millisinin qol ümidi olan Mario Balotteliyə yenə şans verməyəcək. Onun əvəzində isə heyətə ya Sebastyan Covinko, ya da Fabio Kuaryarella dəvət ediləcək.

 

Qeyd edək ki, İtaliya və Azərbaycan milli komandaları arasında oyun oktyabrın 10-da Palermo şəhərindəki “Rentso Barbera” stadionunda keçiriləcək.