[b]Konte ölümdən döndü[/b]
12.01.2018 - 16:33
“Çelsi”nin baş məşqçisi Antonio Konte böyük faciədən qurtulub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, səhər məşqi üçün klubun bazasına gələn italiyalı mütəxəssisin maşınının üstünə dayanacaqda masa düşüb.
Belə ki, Konte ərazini tərk etdikdən cəmi bir neçə dəqiqə sonra yuxarıdan şüşə masa avtomobilin üzərinə düşərək, onun ön şüşəsini qırıb. Şahidlər təcrübəli mütəxəssisin həmin anda avtomobildə olacağı təqdirdə, ölüm təhlükəsi yaşamaq ehtimalının yüksək olduğunu bildiriblər.
Bir sözlə, ölümdən dönən Konte yalnız maddi zərərlə qurtulub.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0