[b]Kriştiano Ronaldo: 1 qolla 3 rekord[/b]
06.05.2015 - 18:15
[b]Kriştiano Ronaldo: 1 qolla 3 rekord[/b]

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo komandadakı karyerası boyunca bütün turnirlərdə vurduğu qolların sayına görə madridlilərin əfsanəvi oyunçusu Alfredo Di Stefanoya çatıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu Çempionlar Liqası ilk yarımfinal matçında “Yuventus”a vurduğu qol ilə “kral klubu”ndakı qollarının sayını 307-ə çatdırıb. Bununla da o, klubun əfsanə futbolçusu Di Stefano ilə eyni qol sayına malik olub və bu sıralamada ikinciliyə yüksəlib.

 

“Real”ın heyətində ən çox qol vuran futbolçu isə klubun digər bir əfsanəsi Raul Qonzalesdir. Aktivində 323 qol olan forvard hələ ki, siyahıya başçılıq edir.

 

Əlavə edək ki, Kristiano Ronaldonun “Yuventus”un qapısından keçirdiyi qol təkcə bununla əlamətdar olmayıb. Səfərdə turinlilərin qapısına yol tapmaqla protuqaliyalı futbolçu həm Çempionlar Liqasındakı 76-cı qolunu vuraraq ümumi qol sayına görə əsas rəqibi Lionel Messini geridə  qoydu, həm də bu mövsüm bombardirlik yarışında “Şaxtyor”lu futbolçu Luis Adrianoya çatdı.