[b]Kriştianu Ronaldo Şakiranı geridə qoydu[/b]
15.03.2015 - 21:32
"Facebook" sosial şəbəkəsində ən çox istifadəçi olan səhifə açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, “Real"ın hücumçusu Kriştianu Ronaldodu.
Portuqaliya millisinin üzvünün sosial şəbəkədəki səhifəsi 107110942 nəfər tərəfindən bəyənilib.
Bununla da Ronaldo məşhur müğənni Şakiranı geridə qoyub. “Barselona”nın müdafiəçisi Xerard Pikenin sevgilisi olan müğənni 107099519 istifadəçi ilə əvvəlki rekordçu idi. “Barselona"nın hücumçusu Lionel Messinin səhifəsini isə 78292022 nəfər izləyir.
0
0