[b]Kurtua "Atletiko"ya qayıtmaq istəyir[/b]
01.06.2018 - 11:10
[b]Kurtua "Atletiko"ya qayıtmaq istəyir[/b]

“Çelsi”nin qapıçısı Tibo Kurtua klubunu dəyişmək niyyətindədi. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, o, Madridə - köhnə iş yeri “Atletiko”ya qayıtmaq istəyir.

 

Hazırda “Real” və “Liverpul” Kurtuanın xidmətində maraqlıdı. Qolkiperin agenti PSJ ilə əlaqə saxlasa da, fransız klubundan prioritetlərinin Canluici Buffon olduğu bildirilib.

 

Qeyd edək ki, yeni müqavilə ilə bağlı “Çelsi” və Kurtua arasında gedən danışıqlarda problem yaranıb. 26 yaşlı qapıçının növbəti mövsümün ardından azad agent kimi komandanı tərk edəcəyi gözlənilir.