[b]Latviyadan şəhidlərmizə əsgər salamı - VİDEO[/b]
11.04.2016 - 01:30
[b]Latviyadan şəhidlərmizə əsgər salamı - VİDEO[/b]

Latviya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, "Dauqavpils" "Metta"nı 2:0 hesabıyla məğlub edib.

 

"Neftçi"nin "Dauqavpils"də icarə əsasında çıxış edən futbolçusu Orxan Qurbanlı matçın 27-ci dəqiqəsində fərqlənərək, komandasının qələbəsinə töhfə verib.

 

Gənc futbolçu hesabı açdıqdan sonra qolunu əsgər salamı ilə qeyd edib. Qurbanlı bu hərəkəti ilə bir müddət öncə Qarabağdakı döyüşdə həlak olan şəhidlərimizi yad edib.

 

Orxan Latviya klubunda icarə əsasında çıxış edən digər "Neftçi"li Mirabdulla Abbasovun ötürməsini qola çevirib.

 

Start heyətində meydana çıxan futbolçulardan Qurbanlı 83-cü dəqiqədə əvəzlənibsə, Abbasov sonadək meydanda olub.

0