PSJ-nin yarımmüdafiəçisi Ezekyel Lavezzi karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, argentinalı futbolçu “Barselona”nın formasını geyinəcək.
Bu mövsüm Fransa klubunda əsas heyətə düşməkdə çətinlik çəkən 30 yaşlı oyunçu Kataloniya klubu ilə artıq razılığa gəlib. Anlaşmaya əsasən, Lavezzi mövsüm başa çatdıqdan sonra “Barsa” ilə 3 illik müqavilə bağlayacaq və ilinə 4 milyon avro maaş qazanacaq. Bu keçid ispanlara pulsuz başa gələcək. Çünki futbolçunun PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.
Qeyd edək ki, Ezekyel Lavezzi PSJ-yə 2012-ci ildə “Napoli”dən keçmişdi.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza