Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısı başa çatandan sonra 31 futbolçu klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 8 klubda yaşanan bu yarpaq tökümü əsasən iki qrupa ayrılır.
Birinci qrupda komandasına lazım olmayan futbolçulardı. Belə oyunçular yeni klub tapmağa və ya icarəyə getməyə məcbur olub.
İkinci qrup futbolçular isə daha yaxşı şərtlər dalınca qaçıb “aradan çıxanlar”dı. Təbii ki, heç bir qrupa uyğun gəlməyən istisnalar da var. Nizami Hacıyevlə Mirhüseyn Seyidov ömürlük futboldan uzaqlaşdırıldığı üçün “Keşlə”dən ayrılmaq məcburiyyətində qalıb. Venesuelada icarədə olan Edson Kastilyo “Neftçi”yə dönmədən paytaxt klubu ilə vidalaşıb.
Cənubi amerikalı kimi daha 5 oyunçu Premyer Liqada mövsümün ilk yarısında meydana çıxmadan klubunu dəyişib. Bunlardan üçü onunla eyni klubun üzvü olan Rahil Məmmədov, Maksim Vaylo və Aqşin Qurbanlıdı. Murad Səttarlı isə lazım olmadğı “Zirə”ni tərk edib. “Neftçi”nin heyətinə qatdığı Aqil Məmmədov isə “Qəbələ” üçün lazımsız olub. Ümumiyyətlə lazımsız oyunçuların əksəriyyəti özünə yeni komanda tapa bilib.
Klubundan ayrılanlar arasında ən faydalılar isə daha çox oyun keçirənlər sayılmalıdı. Hər halda meydanda lazım olubsa, deməli bu oyunçuya ehtiyac da olub. İlkin Qırtımov, David Manqa, Viktor Oseqeyl, Elnur Abdullayev və Mirsahib Abbasov komandalarında az qala bütün oyunlarda forma geyinsə də, qış fasiləsində ordan ayrılıb. Bu futbolçular hərəyə 1-2 matç buraxıblar.
Qışda klubunu dəyişənlər arasında qol sevinci yaşayanlar da var. Oseqeyl, həmçinin Nicat Qurbanovla Adrian Popoviçini hərəyə 1 qol vurmaları da klubunda saxlamayıb. Daha çox – 2 dəfə fərqlənən Nizami isə futboldan qovulub.
Klubundan ayrılanların ilk yarı göstəriciləri
|
əvvəlki klubu |
Futbolçu (yeni klubu və ya qeyd) |
OYUN |
DƏQİQƏ |
QOL |
SARI VƏRƏQƏ |
QIRMIZI VƏRƏQƏ |
|
Keşlə |
İlkin Qırtımov |
13 |
1123 |
0 |
3 |
1 |
|
Zirə |
David Manqa |
13 |
635 |
0 |
0 |
0 |
|
Kəpəz |
Viktor Oseqeyl |
12 |
1005 |
1 |
0 |
0 |
|
Keşlə |
Elnur Abdullayev (“Sumqayıt”) |
12 |
979 |
0 |
1 |
0 |
|
Keşlə |
Mirsahib Abbasov (“Zirə”) |
12 |
626 |
0 |
1 |
0 |
|
Kəpəz |
Samba Diallo |
11 |
739 |
0 |
0 |
0 |
|
Keşlə |
Mirhüseyn Seyidov (ömürlük cəza) |
11 |
710 |
0 |
1 |
0 |
|
Keşlə |
Samir Zərgərov (“Kəpəz”) |
11 |
640 |
0 |
3 |
0 |
|
Səbail |
Eqdaras Zarskis |
10 |
869 |
0 |
0 |
0 |
|
Zirə |
Qabriel Matey (“Bruk-Bet Termalitsa”) |
10 |
795 |
0 |
2 |
0 |
|
Səbail |
Adrian Popoviçi |
9 |
667 |
1 |
0 |
0 |
|
Səbail |
Renan Telles |
9 |
505 |
0 |
1 |
0 |
|
Keşlə |
Nizami Hacıyev (ömürlük cəza) |
8 |
592 |
2 |
1 |
0 |
|
Qəbələ |
Ekiqo Ehiosun |
6 |
279 |
0 |
2 |
0 |
|
Səbail |
Amit Quluzadə |
6 |
202 |
0 |
0 |
0 |
|
Qarabağ |
Elşən Abdullayev (“Zirə”) |
5 |
309 |
0 |
0 |
0 |
|
Zirə |
Nicat Qurbanov (“Sumqayıt”) |
5 |
111 |
1 |
1 |
0 |
|
Neftçi |
Pavel Dreksa (“Karvina”) |
4 |
346 |
0 |
1 |
0 |
|
Neftçi |
Məqsəd İsayev (“Keşlə”) |
4 |
271 |
0 |
0 |
0 |
|
Qəbələ |
Roman Hüseynov (“Kəpəz”) |
4 |
190 |
0 |
0 |
0 |
|
Neftçi |
Fəhmin Muradbəyli (“Səbail”) |
4 |
181 |
0 |
1 |
0 |
|
Səbail |
Təyyar Məmmədov (“Neftçi”/“Sabah”) |
4 |
38 |
0 |
0 |
0 |
|
Səbail |
Yamin Ağakərimzadə |
3 |
99 |
0 |
0 |
0 |
|
Kəpəz |
Mansur Aladji |
3 |
46 |
0 |
0 |
0 |
|
Qarabağ |
İbrahim Aslanlı (“Zirə”) |
1 |
45 |
0 |
0 |
0 |
|
Zirə |
Murad Səttarlı (“Kəpəz”) |
0 |
0 |
0 |
0 |
0 |
|
Neftçi |
Rahil Məmmədov (“Səbail”) |
0 |
0 |
0 |
0 |
0 |
|
Neftçi |
Maksim Vaylo (“Sabah”) |
0 |
0 |
0 |
0 |
0 |
|
Neftçi |
Edson Kastilyo (icarədən qayıtmayıb) |
0 |
0 |
0 |
0 |
0 |
|
Neftçi |
Aqşin Qurbanlı (“Səbail”) |
0 |
0 |
0 |
0 |
0 |
|
Qəbələ |
Aqil Məmmədov (“Neftçi”) |
0 |
0 |
0 |
0 |
0 |