“İnter” klubunun gürcüstanlı yarımmüdafiəçisi Aleksandr İaşvili komandadan ayrılıb. Apasport.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı yarımmüdafiəçi “bankirlər”in Türkiyədəki toplanışına gəlməyib.
Buna səbəb onun artıq futbolçu karyerasını başa vurmaq istəməsidir.
Baş məşqçi Kaxaber Sxadadze futbolçunu komandada saxlamaq istəsə də, təcrübəli yarımmüdafiəçi artıq futbol oynamaq istəmədiyini bildirərək, təklifdən imtina edib. İaşvili bundan sonra Gürcüstan Futbol Federasiyasında (GFF) çalışmaq niyyətindədir.
Xatırladaq ki, Sxadadze bir müddət öncə apasport.az saytına verdiyi müsahibədə Aleksandr İaşvilinin GFF-də çalışmaq istədiyini demişdi. Gürcü mütəxəssis bildirmişdi ki, həmyerlisini komandada saxlamaq istəyir, amma son qərarı futbolçunun özü verəcək.