[b]Lempard “Çelsi”yə qayıtdı[/b]
08.09.2017 - 17:24
[b]Lempard “Çelsi”yə qayıtdı[/b]

Əfsanəvi futbolçu Frenk Lempard yenidən “Çelsi”yə xidmət edəcək. Apasport.az saytı xəbər verir ki, sabiq yarımmüdafiəçi London klubuna qayıdıb.

 

“Çelsi”nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Lempard “zadəganlar”ın U-18 komandasının baş məşqçisi Codi Morrisin köməkçisi təyin olunub. O, rəhbərliklə görüşündə belə bir istəyinin olduğunu bildirib və qarşı tərəfin razılığını alıb. Lempard yeni işinin icrasına artıq start verib.

 

Futbolçu kimi “Vest Hem”, “Suonsi”, “Mançester Siti” və “Nyu York Siti” klublarında da çıxış etmiş Lempardın əsas karyerası “Çelsi” ilə bağlı olub. O, 2001-2014-cü illərdə şərəfini qoruduğu “zadəganlar”ın heyətində 648 oyunda 211 qola imza atıb.

 

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda mübarizə aparacaq.