[b]Levandovski Bundesliqanın tarixinə düşdü[/b]
13.05.2018 - 18:48
“Bavariya”nın futbolçusu Robert Levandovski Almaniya futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, polşalı 3-cü dəfə Bundesliqanın ən yaxşı bombardiri tituluna yiyələnib.
30 oyunda 29 qol vuran Robert bu dəfə ən yaxın izləyicisini 14 qol qabaqlayıb. O, Bundesliqa tarixində 3 dəfə bombardir olan yeganə legioner kimi tarixə düşüb.
Qeyd edək ki, Levandovski 2013/14 və 2015/16 mövsümlərində də Almaniya çempionatının ən məhsuldar oyunçusu olub.
0
0