[b]Lider iki, “Neftçi” bir oyunçusunu itirdi[/b]
24.12.2017 - 15:45
[b]Lider iki, “Neftçi” bir oyunçusunu itirdi[/b]

Futzal üzrə Yüksək Liqada 2017-ci ilin son turu keçiriləcək. Apasport.az saytının məlumatına görə, XIV turun oyunları dekabrın 26-da baş tutacaq.

 

Sarı vərəqə limitini doldurduğuna görə, 4 futzalçı bu həftə meydana çıxa bilməyəcək. Bunlar Namiq Məmmədkərimov (EKOL), Mehram Eydeli (“Neftçi” İK), İsa Atayev və Teles Thaqodur (hər ikisi “Araz”).

 

Maraqlıdır ki, lider “Araz”ın sözügedən 2 oyunçusu qarşıdan autsayderlə oyun gəldiyini nəzərə alıb, “Neftçi” ilə matçda bilərəkdən dördüncü sarı vərəqə alıblar.